Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də respublikanın bir sıra şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Lent.az-ın məlumatına görə, imtahanlar Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənddə ümumilikdə 84 imtahan mərkəzində baş tutacaq.
Sabah saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcək.
İmtahanda 47547 şagirdin iştirak edəcəyi gözlənilir.
Həmin gün Naxçıvan MR-da 4115, Lənkəranda 2167, Astarada 1264, Masallıda 2374, Lerikdə 737, Yardımlıda 888, Cəlilabadda 2599, Biləsuvarda 1559, Şirvanda 1002, Hacıqabulda 807, İmişlidə 1309, Saatlıda 1185, Sabirabadda 2301, Salyanda 1680, Neftçalada 906, Füzulidə 936, Beyləqanda 1134, Xocavənddə isə 72 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulub.
Naxçıvan MR-da 4211, Lənkəranda 1640, Astarada 1001, Masallıda 1466, Lerikdə 472, Yardımlıda 687, Cəlilabadda 1648, Biləsuvarda 1156, Şirvanda 668, Hacıqabulda 595, İmişlidə 1145, Saatlıda 735, Sabirabadda 1743, Salyanda 1152, Neftçalada 675, Füzulidə 691, Beyləqanda 784, Xocavənddə isə 43 nəfər 11-ci sinif şagirdi imtahanda iştirak edəcək.
Qeyd edək ki, həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 192 imtahan rəhbəri, 2579 nəzarətçi-müəllim ayrılıb.