Bu insanlar ehtiyatlı olsun - <span style="color:red;">Sabahın HAVA proqnozu
30 iyul 2019 13:08 (UTC +04:00)

Bu insanlar ehtiyatlı olsun - Sabahın HAVA proqnozu

İyulun 31-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.
 
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.
 
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
 
Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoz:
 
İyulun 31-də Abşeron yarımadasında gilavar küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar