Sabah temperaturun anomal gedişi gözlənilir - YENİLƏNİB
07 dekabr 2013 14:03 (UTC +04:00)

Sabah temperaturun anomal gedişi gözlənilir - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim cənub qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperaturun anomal gedişi gözlənilir.  Havanın temperaturunun gecə 2-4, günün birinci yarısı 12-15,  ikinci yarısı isə 4-6 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

# 3800

Oxşar yazılar