Sabah paytaxtın bəzi rayonlarında su olmayacaq
19 dekabr 2013 18:13 (UTC +04:00)

Sabah paytaxtın bəzi rayonlarında su olmayacaq

Bəzi rayonlara su fasilələrlə veriləcək. Lent.az-ın məlumatına görə, Bakı şəhəri Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən və “+69 Şərq”  su anbarını qidalandıran 1200 mm diametrli magistral su xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 20-21 dekabr 2013-cü il tarixlərində Bakının Binəqədi, Nərimanov və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər  olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137

Oxşar yazılar