Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava şəraitini açıqlayıb. Departamentdən Lent.az-a verilən məlumata görə, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 7-10° isti, gündüz 14-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və axşam 85-95 faiz, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında Hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 13-18° isti olacağı ehtimalı var. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında Hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 2-7° isti, gündüz 12-17° isti olacağı ehtimalı var. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında Havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Temperaturun gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, bəzi cənub rayonlarında isə çiskin olacağı ehtimalı var. Temperaturun gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 7-10° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı ehtimalı var.