Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla əvəzlənməsi ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 4-7 dərəcə isti təşkil edəcək.
Bölgələrdə hava arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi ərazilərdə qar yağacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 8 dərəcəyədək şaxta, gündüz isə 0-4 dərəcə şaxta olacaq.