Sabah hava necə olacaq?
19 dekabr 2013 12:19 (UTC +04:00)

Sabah hava necə olacaq?

Sabah hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz  5-10 dərəcə  isti,  dağlarda gecə 7-12 şaxta, gündüz 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 14-18, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1223

Oxşar yazılar