Bu ərazidə hərəkət məhdudlaşdırılıb - <span style="color:red;">DİQQƏT
07 sentyabr 2019 17:37 (UTC +04:00)

Bu ərazidə hərəkət məhdudlaşdırılıb - DİQQƏT

Bu gün səhər saatlarından başlayaraq axşam saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus kanalizasiya kollektorunda qəzanın baş verməsi nəticəsində dağılmış asfalt-beton örtüyünün bərpası işləri aparılacaq.
 
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən qeyd olunan müddətdə sözügedən ərazidə hərəkət qismən məhdudlaşdırılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901

Oxşar yazılar