Avqustun 22-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25° isti, gündüz 34-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-36° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Avqustun 24-dək Abşeron yarımadasında gözlənilən sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında da hava yağmursuz olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.