Rüşvət istəyən həkimin videosu yayıldı
23 may 2014 16:06 (UTC +04:00)

Rüşvət istəyən həkimin videosu yayıldı

Azərbaycanda doğum zamanı həyatını itirən anaların sayı xeyli artıb. Son günlər mətbuatda yayılan xəbərlərdə ana ölümü ilə bağlı tez-tez adı keçən xəstəxanalardan biri də Sabirabad Rayon Perinetal Mərkəzidir. 
 

 

Xəstəxanada çəkilən gizli video isə sosial şəbəkələrdə səs-küyə səbəb olub. Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, videoda mərkəzin direktoru Vüsal Məmmədovun xəstə yaxınlarının biri ilə can "alver"i etdiyi əks olunub.  Vüsal Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir. Həkimə 200 manat verən xəstə pulunun bu qədər olduğunu, başqa gəliri olmadığını söyləyir. Həkim isə qarşılığında həmin pulun xəstənin dərmanlarının və "narkoz verənin" pulu olduğunu deyir. "Əməliyyat etməmişdən əvvəl 500 manat istəsəydim və pulu vermədiyin təqdirdə əməliyyat etməsəydim, nə edəcəkdin?" deyən həkim bu sözləri ilə xəstə yaxınını hədələyir. Vüsal Məmmədov həkimlə halallaşmağın vacibliyini də vurğulamağı unutmur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6087
avatar

Oxşar yazılar