Ruhaninin səfəri ilə əlaqədar bu küçələr bağlı olacaq
11 noyabr 2014 12:25 (UTC +04:00)

Ruhaninin səfəri ilə əlaqədar bu küçələr bağlı olacaq

 

 

İran İslam Respublikasının  prezidenti  Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verdiyi məlumata görə,  İran İslam Respublikasının  prezidenti  Həsən Ruhaninin Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar sabah saat 16.00-dan  paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

 

 

 

İdarənin sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162
avatar

Oxşar yazılar