<b>Reyhan Camalova ixtirasına patent alacaq  </b>
04 dekabr 2017 16:31 (UTC +04:00)

Reyhan Camalova ixtirasına patent alacaq

Bu gün Patent və Əmtəə Nişanları Mərkəzində gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, mərkəzin baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ixtirası ilə diqqət çəkən R.Camalovanı təbrik edib.

O bildirib ki, dövlət başçısı tərəfindən qeyri-neft sənayesinin inkişafı məqsədilə həyata keçirilən islahatlar çərçivəsində ixtiraçılığın rolu, innovativ sənayenin təşviqi, texnologiyaların sənayeyə transferi və kommersiyalaşdırılması məsələləri mühüm aktuallıq kəsb edir. Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsitərəfindən təsis edilən Patent və Əmtəə Nişanları Mərkəzi sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində fəaliyyət göstərir. Mərkəz ixtiraçılığın təşviqi, bu sahədə yeni iddiaların araşdırılması, ekspertizası və onların qeydiyyatını həyata keçirir.

 

Gənc ixtiraçı R. Camalova Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirakından və səfər təəssüratlarından danışıb. O, ixtirası haqqında məlumat verərək, müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu - "Rainergy" qurğusunun hazırladığını deyib. Reyhan Camalova öz ixtirasının iş prinsipi barədə də ətraflı məlumat verib.

 

İxtiraya patent alınmasına dair iddia ərizəsinin verilməsi ilə bağlı təklifi yüksək qiymətləndirən R.Camalova ilə mərkəz arasında müqavilə imzalanıb. Eyni zamanda ixtiranın beynəlxalq qeydiyyatı üçün köməklik göstəriləcəyi diqqətə çatdırılıb. İddia üzrə müvafiq prosedurların, ekspertiza və digər hüquqi hərəkətlər üzrə xərcləri mərkəz öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395
avatar

APA Baycan

Oxşar yazılar