İtaliyanın Ətraf Mühitin Analizinin Metodologiyası İnstitutunun elmi işçisi Luciano Telesca Bakıda səfərdədir.
APA-nın xəbərinə görə, qonaq səfəri çərçivəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşüb.
Luciano Telesca RSXM-in Seysmotelemetrik Monitorinq Mərkəzində görülən işlər və aparılan kompleks seysmoloji tədqiqatlar nəticəsində əldə olunmuş nəticələrlə tanış olub.