Zaqatalada avtomobildən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Mazıx kəndinin ərazisində qeydə alınıb.
Muxax kənd sakini, 75 yaşlı Murtuzəli Mahmud oğlu Dadamayevin meyiti “QAZ-24” markalı avtomobildə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.