Rektor: “İnfeksion xəstəliklərin əhatə dairəsi artır”
21 aprel 2014 16:55 (UTC +04:00)

Rektor: “İnfeksion xəstəliklərin əhatə dairəsi artır”

Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Antimikrob kimyəvi terapiyası” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.  Konfransı Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu, Rusiya Diplomdan sonrakı Tibb Təhsili Akademiyası və Rusiya Federasiyasının Smolensk şəhər Tibb Akademiyasının Antimikrob Kimyəvi Terapiyası İnstitutu birgə təşkil ediblər.

 

Elmi-praktik konfransda çıxış edən Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunun rektoru Nazim Qasımov bildirib ki, mövzu səhiyyə üçün çox aktualdır: “Hazırda infeksion xəstəliklərin əhatə dairəsi daim artır və dəyişir. Müasir dövr üçün yeni infeksiyaların aşkarlanması, mikroorqanizmlərə tətbiq edilən preparatlara qarşı davamlılığı və bu preparatların yan təsirlərinin üzə çıxması, köhnə antibiotiklərin yeniləri ilə əvəz olunması xarakterikdir. Bu baxımdan hazırda mövcud olan müasir antibakterial terapiyanın prinsipləri ilə həkimlərin tanış olması çox önəmlidir”.

 

Konfransın işində Rusiya Diplomdan sonrakı Tibb Təhsili Akademiyasının Pulmonologiya kafedrasının müdiri A. İ. Sinopalnikov və Smolensk şəhəri Tibb Akademiyasının Antimikrob Kimyəvi Terapiyası İnstitutunun direktoru və Rusiya Regionlararası Klinik Mikrobiologiya və Kimyəvi terapiyası Assosiasiyasının prezidenti R. S. Kozlov məruzəçi kimi iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar