İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirib. Bu barədə Lent.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Monitorinqlər Sumqayıt, Hacıqabul, Şəmkir, Quba, Qobustan, Qax, Zaqatala, Ağdam, eləcə də Bakının Nizami, Qaradağ, Sabunçu rayonları ərazisində keçirilib. Ümumilikdə, monitorinqlər zamanı 600 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.