Qollarını doğradı
Zaqatala sakini Qaxda intihara cəhd edib.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, aprelin 19-dan 20-nə keçən gecə Zaqatala rayonu Cımcımax kənd sakini, 1996-cı il təvəllüdlü Alik Abdurəhman oğlu Əhmədov sol qolun bilək nahiyəsinin kəsilmiş xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Xəstəxanadan ONA-ya bildirilib ki, müayinə zamanı A. Əhmədov Qax rayonu ərazisində kəsici alətlə özünə xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
597