Ramiz Həsənov: “İnsan sağlamlığı ilə bağlı standartlar çox sərt olmalıdır”
22 iyul 2013 17:52 (UTC +04:00)

Ramiz Həsənov: “İnsan sağlamlığı ilə bağlı standartlar çox sərt olmalıdır”

 

 

“İnsan sağlamlığı ilə əlaqədar standartlar sərt olmalıdır”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 22 İyul- Milli Mətbuat Günü münasibətilə Dövlət Komitəsinin fəaliyyətinin işıqlandırılmasında fəallıq göstərən bir qrup mətbuat nümayəndəsi ilə görüşündə söyləyib.

 

Ramiz Həsənov deyib ki, Dövlət Komitəsinin hədəfi qida ilə bağlı standartları beynəlxalq standartlara uyğunlaşdırmaqdır və Azərbaycanda beynəlxalq standartların tətbiqinə başlanıb: “Restoranlarla bağlı standart qəbul edilən zaman mətbuatda oxuyurdum ki, standartın sərt olduğunu deyirlər. Bir daha deyirəm ki, insan sağlamlığı, xüsusən qidalanma ilə bağlı standartlar çox sərt olmalıdır. Söhbət xalqın gələcəyindən gedir. Ekologiya sahəsində də problemlər var və biz buna görə də artıq ekoloji standartları  sərtləşdirmişik”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar