Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis olmaq arzusunda olan şəxslərlə görüşəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 26-da polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmayan Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Mingəçevir, Şamaxı, Ucar və Yevlax rayon sakinləri Göyçay Rayon Polis Şöbəsində R.Usubov tərəfindən qəbul ediləcək.
Qəbula gələn şəxslər Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.