Ağciyərində şiş aşkar edilən xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru Rafiq Hüseynov bu gün Türkiyəyə müalicə almağa gedib. Lent.az-ın AzVision.az-a istinadən xəbərinə görə, bu barədə ATV-nin aparıcısı Ceyhun Əli məlumat verib.
“Xalq artisti Rafiq Hüseynlini Türkiyəyə müalicəyə yola saldıq. İnşallah, onu tam sağlam olaraq da qarşılayacağıq”-deyə, C.Əli qeyd edib.
Xatırladaq ki, Xalq artisti, diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacaq. O, Türkiyəyə həyat yoldaşı və qızı ilə gedib. Onun müalicə və müayinəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.