“Qurbanlıq heyvanların hansı ərazidə satılmasını İqtisadi İnkişaf Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti müəyyən edir. Heyvan kəsiləcək yerlər də artıq məlumdur. Ümumilikdə, Dövlət baytarlıq Xidməti tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək”. Bunu Lent.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.
Y. Xanvəlinin sözlərinə görə, Qurban bayramı ilə əlaqədar heyvanların qəbul edilməsi və müvəqqəti satış yerləri baytarlıq-sanitariya normalarına uyğun təşkil olunacaq.
Baytarlıq Xidmətinin sözçüsü Bakının girişində ət kəsimi məntəqələri tikilməsi məsələsinə də münasibət bildirib: “Bunu layihə şəkilində hökumətə təklif etmişik. Həmin məntəqələr dövlət tərəfindən deyil, sahibkarlar tərəfindən tikilməlidir”.
Y. Xanvəli “sahibkarlardan bununla bağlı təklif gəlməsə həmin məntəqələr dövlət tərəfindən tikilə bilərmi” sualına cavabında bildirib ki, bu, hökumətin qərarından asılı olacaq.