Azərbaycanda ardıcıl zəlzələlərlə bağlı <span style="color:red;">AÇIQLAMA
29 sentyabr 2014 12:04 (UTC +04:00)

Azərbaycanda ardıcıl zəlzələlərlə bağlı AÇIQLAMA

0

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün ölkə ərazisində baş verən zəlzələlərin səbəbini açıqlayıb. Lent.az-a açıqlamasında baş direktor deyib ki, tektonik sınmalarla bağlı yeraltı dinamik proseslər baş verir: "Azərbaycan seysmogen bölgədə yerləşir. Alp-Himalay seysmik qurşağında yerləşən ölkə üçün zəlzələlərin olması təbiidir".

 

Q. Yetirmişli qeyd edib ki, Qəbələdə baş verən zəlzələ güclü olsa da, dağıdıcı deyil: "Həmin zəlzələ Qəbələdə, Xınalıqda bəzi köhnə binalarda çatıların əmələ gəlməsinə səbəb olub. Amma həmin yeraltı təkan dağıdıcı gücə malik olmayıb. Yalnız 6 və 6.5 baldan yuxarı olan yeraltı təkanlar dağıdıcı hesab olunur".

 

Q. Yetirmişli deyib ki, baş verən zəlzələdən sonra afterşoklar da olub: "Hazırda enerji boşalması gedir. Xırda-xırda təkanlar baş verməkdədir. Onların arasında hətta hiss olunan  zəlzələlər də var. Bu, olmalıdır. Afterşoklar davam edəcək. Amma yenidən o gücdə zəlzələ ola bilməz".

 

Qeyd edək ki, bu gün Azərbaycanın Qəbələ rayonunda dalbadal 3, Lerikdə isə 3.2 bal gücündə bir zəlzələ baş verib. Ən güclü zəlzələ isə Qəbələdə 6 bal gücündə olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2029

Oxşar yazılar