Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı quldurluq etməkdə təqsirləndirilən Balaqardaş Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, B.Qədimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, B.Əhmədov Bakıda vətəndaşları odlu silahla hədələyərək onların pullarını və qızıl zinətlərini alıb.
O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilib.