Qohum nikahlarının faizi 60-80 faizi keçir
31 oktyabr 2013 21:46 (UTC +04:00)

Qohum nikahlarının faizi 60-80 faizi keçir

“Azərbaycanın bir sıra regionlarında ümumi nikahlar arasında qohum nikahlarının faizi 60-80 faizi keçir. Bu isə irsi xəstəliklərin yaranması ehtimalını artırır”.APA-nın xəbərinə görə, bunu Respublika Diaqnostika Mərkəzinin genetiki, professor Elxan Rəsulov deyib.

 

O bildirib ki, bütün bunlar hələ də əhalinin maarifləndirilməsi sahəsində görüləsi çox işlərin olmasından xəbər verir.

 

E.Rəsulovun sözlərinə görə, qohum nikahlar zamanı genetik xəstəliklərə növbəti nəsildə təsadüf olunması riski qeyri-qohum nikahlarla müqayisədə 25-30 dəfə artır: “Bu baxımdan genetik müayinələr ölkə üçün xüsusilə vacibdir. Əgər Azərbaycanda əhalinin kifayət qədər maarifləndirilməsinə nail olsaq, ölkədə müəyyən irəliləyişlər əldə etmək olar. Hazırda bu istiqamətdə işlər görülür, proqramları həyata keçirmək üçün laborator baza yaradılır. Respublika Diaqnostika Mərkəzində də genetik laboratoriya fəaliyyət göstərir. Burada yeni doğulmuşların neonatal skrininqi, ailə qurmaq istəyənlərin genetik müayinəsi, dölün ana bətnində perenatal diaqnostikası və genetik çatışmazlıqların müayinəsi həyata keçirilir”.

 

E.Rəsulov qeyd edib ki, hər bir insan 5-7 irsi xəstəliyin daşıyıcısıdır. Onun sözlərinə görə, əgər ailə qurmaq istəyən gənclərin hər ikisində eyni xəstəliyin daşıyıcılığı olarsa, bu zaman xəstə uşaq doğulma ehtimalı 25 faizdir. Yəni 4 uşaqdan biri xəstə doğula bilər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1249
avatar

Oxşar yazılar