QMİ yas mərasimlərində israfçılığa dair bəyanat verdi
26 avqust 2014 17:13 (UTC +04:00)

QMİ yas mərasimlərində israfçılığa dair bəyanat verdi

 

 

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda yas mərasimlərində israfçılığa yol verilməsi halları ilə bağlı bəyanat yayıb.


 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, qurum yas mərasimlərində israfın əleyhinə olduğu barədə və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyəsini hər zaman cəmiyyətə bəyan edib: “Bu mövqe Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 13.07.2011-ci il tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətində əksini tapıb. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir. Odur ki, mətbuatda anonim mənbəyə istinadən verilən məlumatların QMİ-nin mövqeyi kimi qələmə verilməsinə qəti etiraz edərək, bir daha bildiririk ki, bəyanatdakı mövqeyimiz birmənalıdır. Bəyanatın mətni ilə maraqlananlar İdarəmizin rəsmi vebsaytında (www.qafqazislam.com) tanış ola bilərlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1876
avatar

Oxşar yazılar