Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır
07 iyun 2019 15:23 (UTC +04:00)

Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır

7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur.

Ümumdünya Qida Təhlükəsizliyi Günü  Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018-ci il tarixli qərarı ilə təsis edilib.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərdə bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hər il təxminən 600 milyon insanda müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində qida zəhərlənmələri baş verir ki, bunun nəticəsində dünyadakı hər 10 insandan biri tibbi müayinəyə ehtiyac duyur: “Təəssüf ki, qida təhlükəsizliyinin mahiyyətini insanlar yalnız kiçik və ya böyük miqyaslı qida zəhərlənmələri yaşadıqdan sonra anlayırlar. Bu səbəbdən təhlükəsiz qida ilə qidalanmadıqda mədə-bağırsaq infeksiyalarından tutmuş xərçəngə qədər 200-dən artıq xəstəliyə yoluxma halı baş verir”.

Bu il “Ümumdünya Qida Təhlükəsizliyi Günü” dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün “Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır” şüarı ilə keçirilir.

Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.   29 aprel 2019-cu il tarixində isə ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Aygün İbrahimli

Oxşar yazılar