“Sent-Etyen” futbol klubunun iki azarkeşi Liqa 1 oyunu zamanı hakimə pul sikkələri ataraq xəsarət yetirdiklərinə görə şərti həbs cəzasına məhkum edilib.
Lent.az xəbər verir ki, bu gün Sent-Etyen Cinayət Məhkəməsi əvvəllər məhkumluğu olmayan 28 yaşlı iki kişiyə 7 ay şərti həbs cəzası verib.
Hadisə apreldə “Sent-Etyen” və “Lion” arasında keçirilən derbi zamanı “Joffroy-Gişar” stadionunda baş verib. Yan xətt hakimi Mahdi Rahmuninin başına iki sentlik sikkə dəydiyi üçün onda şiş yaranıb və o, bir gün işı çıxmayıb. Qarşılaşma “Sent-Etyen”in 1:0 hesablı üstünlüyü zamanı 40 dəqiqə dayandırılıb, sonda isə komanda 2:1 hesabı ilə qalib gəlib.
Hər iki azarkeş öz günahını etiraf edərək üzr istəyib. Onlar hərəkətlərini alkoqol təsiri və derbidəki emosional gərginliklə izah ediblər. Məhkəmə prosesi zamanı Fransa Futbol Federasiyası və Peşəkar Futbol Liqası tərəfindən mülki iddialar da irəli sürülüb.