Oteldə meyiti tapılan vəkil bir neçə gün əvvəl ata olubmuş.
Lent.az xəbər verir ki, bu barədə “Dağlı tarixindən səda” facebook səhifəsi məlumat paylaşıb.
Qeyd olunur ki, Elkin Zakir oğlu Kərimli 1988-ci ildə Bakı şəhərində anadan olub, əslən Xızı rayonunun Tıxlı kəndindəndir.
O, uzun müddətdir vəkillik fəaliyyəti ilə məşğul imiş.
Ötən il ailə həyatı quran Elkinin bir neçə gün öncə qızı dünyaya gəlib.
***
Saat 10:51
Yevlaxda vəkil oteldə ölü tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən “Həmdəm” otelində qeydə alınıb.
Oteldə gecələyən, 37 yaşlı Elkin Zakir oğlu Kərimlinin meyiti qaldığı otaqda aşkar edilib.
Onun çoxlu sayda dərman həbbləri qəbul etdiyi və zəhərlənərək öldüyü bildirilir.
Məlumata görə, mərhum "Fortiori" vəkil bürosunun üzvü olub.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.