Azərbaycanlı avtoritetin oğlu polis mayorunu  öldürdü
05 noyabr 2025 17:09 (UTC +04:00)

Azərbaycanlı avtoritetin oğlu polis mayorunu öldürdü

1

Bir neçə gün əvvəl Rusiyanın Tver şəhərində azərbaycanlı sürücü, 27 yaşlı Sahib Qədirovun ikisi polis olmaqla, 4 piyadanı vurması barədə xəbər vermişdik.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, vurulan piyadalardan biri, polis mayoru Olqa Osipova xəstəxananın reanimasiya şöbəsində ölüb. Məlumata görə, mərhumun 8 yaşlı oğlu varmış.

Tver şəhərinin Proletarsk rayon məhkəməsi sürücüyə “müəyyən hərəkətlərə qadağa” tədbiri təyin edib. Bu qadağaya, məsələn, saat 22:00-dan sonra əyləncə məkanlarına getməmək kimi ciddi bir məhdudiyyət də daxildir.

Qeyd olunur ki, Sahibin atası Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsi “Cinayətkar birlik təşkil etmə” üzrə məhkumluq həyatı yaşayıb. Bu maddə Rusiyada kriminal avtoritetlərə, cianyət iyerxiyasında yüksək mövqe tutanlara tətbiq olunur.

Noyabrın 3-də Tver vilayət prokurorluğu Sahib Qədirov barəsində ilkin ehtimal edilən Rusiya Cinayət Məcəlləsinin 264-cü maddəsinin 3-cü hissəsi (Yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) yox, 105-ci maddə “qəsdən adam öldürmə” tətbiq olunub.

Prokurorluğun məlumatında bildirilir ki, Qədirova qarşı adam öldürmə və iki yaxud daha çox şəxsi, o cümlədən azyaşlını, ictimai təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə öldürməyə cəhd ittihamı irəli sürülüb.

Ehtimal olunur ki, Qadirova 105-ci maddə birbaşa deyil, Cinayət Məcəlləsinin 25-ci maddəsinin üçüncü hissəsi vasitəsilə, yəni birbaşa deyil, “dolayı qəsd” anlayışı ilə tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 580

Oxşar yazılar