Yevlaxda vəkil oteldə ölü tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən “Həmdəm” otelində qeydə alınıb.
Oteldə gecələyən, 37 yaşlı Elkin Zakir oğlu Kərimlinin meyiti qaldığı otaqda aşkar edilib.
Onun çoxlu sayda dərman həbbləri qəbul etdiyi və zəhərlənərək öldüyü bildirilir.
Məlumata görə, mərhum "Fortiori" vəkil bürosunun üzvü olub.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.