Məşhur avtoritet saxlanıldığı həbsxananı məhkəməyə verdi
05 noyabr 2025 11:41 (UTC +04:00)

Məşhur avtoritet saxlanıldığı həbsxananı məhkəməyə verdi

0

“İtalyanets” ləqəbli məşhur kriminal avtoritet Andrey Koçuykov cəza çəkdiyi həbsxana rəhbərliyini məhkəməyə verib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Koçuykov 2023-cü ilin avqustunda Kaluj vilayətində yerləşən ciddi rejimli həbsxanada töhmət alıb. O, çarpayısını vaxtında yığmayıb, həmçinin pambıq şalvarını vaxtında geyinməyib. Məhkum haqqında töhmət elan olunub və o, 7 sutkalıq cərimə təcridxanasına salınıb.

“İtalyanets” həbsxana rəhbərliyinin qərarına etiraz edərək bildirib ki, həmin səhər özünü pis hiss edib və buna görə gigiyena prosedurlarını vaxtında yerinə yetirə bilməyib. Qeyd edək ki, təcrixanaya köçürüldükdən qısa müddət sonra o, həqiqətən də xəstəxanaya yerləşdirilib.

Bununla belə, “İtalyanets” cəza ilə barışmayıb və həbsxanaya qarşı Moskvanın Qaqarin Məhkəməsinə iddia qaldırıb. Məhkəmə müəyyən edib ki, məhkumun rejimi pozmasına həqiqətən əsaslı səbəbləri olub və cəzanı ləğv edib. Qeyd etmək lazımdır ki, cəzaçəkmə müəssisəsində olduğu 8 il 10 ay müddətində o, dəfələrlə cəzalandırılıb və bu səbəbdən şərti vaxtından əvvəl azadlığa çıxmaq imkanı olmayıb.

Nəticədə o, 2024-cü ilin oktyabrında cəzasını tam çəkərək azadlığa çıxıb və bundan sonra türmə rəhbərliyinin qərarını uğurla ləğv etdirə bilib.

Qeyd edək ki, Koçuykov 2015-ci ildə Roçdelskaya küçəsində restoran Elements ətrafında əmlak mübahisəsi səbəbindən baş vermiş gurultulu atışmada iştirakına görə məhkum edilib. Həmin hadisədə iki nəfər öldürülüb, səkkizi isə yaralanıb. O, həmçinin Rusiya kriminal aləminin lideri Şakro Molodoyun yaxın dostu və silahdaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar