QHT Şurası Şamaxıda tədbir keçirib
17 iyun 2014 19:47 (UTC +04:00)

QHT Şurası Şamaxıda tədbir keçirib

0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şamaxı şəhərində “QHT-lərin müsbət təcrübəsinin təbliği” mövzusunda konfrans keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan toplantıda rayon ictimaiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib. Konfransda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun QHT-lərə göstərdiyi dövlət dəstəyinin əsas istiqamətləri, maliyələşdirilən layihələr, regionlarda

fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, bütövlükdə vətəndaş cəmiyyətinin

inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

 

Tədbirin sonunda Fərasət Qurbanov konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 711

Oxşar yazılar