Qəzaya düşən jurnalistlə bağlı Səhiyyə Nazirliyinə müraciət ediləcək
17 iyun 2014 14:24 (UTC +04:00)

Qəzaya düşən jurnalistlə bağlı Səhiyyə Nazirliyinə müraciət ediləcək

0

“Şəmkirdə qəzaya düşən jurnalist Anar Rəhimovun səhhəti ağır olaraq qalır”. Bunu Lent.az-a açıqlamasında jurnalistin dostu Ruslan Həsənov bildirib. R. Həsənov qeyd edib ki, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən A. Rəhimovun sağlamlıq durumu ilə bağlı həkimlər müəyyən müsbət irəliləyişlərin olduğunu bildiriblər: “Başından ağır travma alıb. Hazırda komadadır. Üzündən xəsarət alıb, ayağında sınıqlar var”.

 

R. Həsənov onu da qeyd edib ki, jurnalistə müəyyən maddi yardımlar edilir: “Jurnalist dostları, bir millət vəkili yardım edib”.

 

Onun sözlərinə görə, A. Rəhimovla bağlı Səhiyyə Nazirliyinə müraciət edilməsi nəzərdə tutulur.  

 

Xatırladaq ki, A. Rəhimov AzTV və Lider televiziyasında çalışıb. Bir müddət öncə isə Türkel TV-yə redaktor təyin olunub. O, Bakı-Qazax yolunun 375-ci kilometrliyində "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobus toqquşması ilə nəticələnən dəhşətli yol qəzasında ağır yaralanıb.

 

Qeyd edək ki, gənc jurnalistə maddi yardım etmək istəyənlər R. Həsənovla (050-264-94-49) əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1651

Oxşar yazılar