Deputata Kırşehir vilayətinin Fəxri Vətəndaşı statusu verilib
26 sentyabr 2017 10:35 (UTC +04:00)

Deputata Kırşehir vilayətinin Fəxri Vətəndaşı statusu verilib

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Kırşehir vilayətinin Fəxri Vətəndaşı statusu verilib. Lent.az-ın məlumatına görə, millət vəkilinə Fəxri Vətəndaşlıq Kırşehir bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib.

 

Kırşehir bələdiyyə başqanı Yaşar Bahceci bildirib ki, Q. Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Kırşehirin tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Kırşehir vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Kırşehirin Fəxri Vətəndaşlığına layiq görülüb.

 

Fəxri Vətəndaşlıq haqqında qərarı Q. Paşayevaya Kırşehirdə Türkiyənin Baş naziri Binali Yıldırım təqdim edib. Onu təbrik edən baş nazir xoş sözlərini söyləyib və Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət göstərdiklərini bildirib.

 

Millət vəkili ona göstərilən bu etimadı yüksək qiymətləndirərək onu bu şərəfli ada layiq görən Kırşehir bələdiyyə məclis üzvlərinə və bələdiyyə başqanına, qərarı təqdim edən və ünvanına xoş sözlər söyləyən baş nazir Binalı Yıldırıma təşəkkürünü bildirib.

 

Q.Paşayeva Türkiyənin baş naziri və onu müşayət edən heyətlə birlikdə Ahilik Həftəsinin bağlanış mərasimində, böyük ustad Neşet Ertaşın adını daşıyan Kültür Mərkəzinin və festivalının açılışı mərasimində və bir sıra digər tədbirlərdə də iştirak edib, Türkiyənin Baş nazir müavini Bekir Bozdağ, Çalışma ve Sosyal Güvenlik Bakanı Jülide Sarıeroğlu və qardaş ölkənin bir sıra rəsmiləri və millət vəkilləri ilə görüşlər keçirib, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar