Qənirə Paşayeva: "Onlar kiçik cərimələrlə canlarını qurtarmamalıdır"
31 may 2017 18:50 (UTC +04:00)

Qənirə Paşayeva: "Onlar kiçik cərimələrlə canlarını qurtarmamalıdır"

0

Milli Məclisin (MM) bu gün keçirilən iclasında Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihə müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, layihəni dəstəkləyən millət vəkili Q.Paşayeva bir sıra vacib problemlərə də toxunub və onların aradan qaldırılması üçün cəzaların sərtləşməsinin vacibliyini xüsusi vurğulayıb: “Layihədə həkimlərin tibb məntəqəsindən kənarda qadınları abort etməsi ilə bağlı cərimələrin həcminin artması nəzərdə tutulur. Amma bu cərimələr daha da ağırlaşmalıdır. Bu, birbaşa ananın sağlamlığı, ailənin gələcəyi ilə bağlı məsələ olduğundan bu məsələyə diqqəti daha da artırmalıyıq. Həkim nə üçün tibb məntəqəsi dura-dura tibb məntəqəsindən kənar yerdə abort həyata keçirməlidir ki? Bu, qeyri-qanunidir və bunu hansısa nəqsədlər üçün həyata keçirmək düşüncəsində olanlar qanunda bu gün nəzərdə tutulduğundan daha ağır cərimələr ödəməli və cəzalar almalıdırlar. Biz imkan verməməliyik ki, kimsə tibb məntəqələrindən kənarda abortlar həyata keçirsin. Bu cür halların olmaması üçün səylərimizi daha da gücləndirməliyik. Bu, cinsi seleksiya ilə bağlı mübarizə istiqamətində də çox önəmlidir. Yeni layihədə xüsusi ali tibb təhsili olmayanların abort etməsinə görə cərimələrin həcminin artması göstərilir. Təkcə bununla bu prosesin qarşısını lazımi səviyyədə almaq olmayacaq. Tibb sahəsində xüsusi ali təhsili olmayanların qadınları abort etməsini həyata keçirməsi imkanlarını ümumiyyətlə tanımamalıyıq”.

 

Q.Paşayeva bəzi maddələrlə bağlı cərimələrin həcminin daha da artmasının vacibliyini də vurğulayıb: ”Dəyişikliklərə görə ehtiyatsızlıq edərək kiməsə ağır zərər vuranlara qarşı cərimələrin həcmi artır. Bu gün məsuliyyətsizlik edərək insanlara zərər vuranların bir çoxu da bu ehtiyatsızlıq maddəsinin arxasına sığınır. Bəzən alkaqollu avtomobil idarə edərək, bəzən yol-hərəkət qaydalarını doğru bilmədən avtomobil idarə edərək, bəzən isə bütün qaydaları bilərəkdən pozub özünü göstərənlərin törətdiyi qəzaların, insanların sağlamlığına zərər vuran adamların və zərərçəkənlərin sayı daha da artır. Əksəriyyəti də qəza olan kimi ehtiyatsızlıq etdik deyərək kiçik cərimələrlə canlarını qurtarmağa çalışırlar. Amma ağır zərər vurduğu adamlar bəzən bir neçə dəfə əməliyyat keçirməli olurlar, günlərlə xəstə yatırlar, sağalmaları üçün bəzən minlərlə manat vəsait lazım olur. Onlara bu acını yaşadanlar isə dəstək göstərmək əvəzinə 1000-1500 manat cərimə ilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Ona görə də insanlara ağır zərər vuranlara qarşı cərimələrin həcmi də, cəzalar da daha da artmalıdır ki, başqaları da bundan dərs alsınlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar