Qənirə Paşayeva dini icmaların rolundan danışdı
24 iyul 2013 14:01 (UTC +04:00)

Qənirə Paşayeva dini icmaların rolundan danışdı

Millət vəkili Qənirə Paşayeva dini icmaları erkən nikahlar, ailədaxili zorakılıq, qadına şiddət, narkomaniyaya qarşı mübarizədə daha fəal rol oynamağa çağırıb. Lent.az-ın məlumatına görə, Q. Paşayeva bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun iştirakı ilə keçirilən “Dini icmaların sosial layihələrinə dəstək” mövzusunda müsabiqəsinin təqdimat mərasimi və iftar yeməyindəki çıxışında deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu  (İKGF) Avrasiya Regional Mərkəzi tərəfindən həyata keçirilən layihənin çox əhəmiyyətli olduğunu deyən Q. Paşayeva dini icmaları cəmiyyətdə narahatlıq doğuran məsələlərlə bağlı mübarizədə daha fəal olmağa səsləyib: “İslam dini, müqəddəs kitab Qurani- Kərim insanları elmə, oxumağa, öyrənməyə səsləyir. Ona görə də dini icmalar qızlarımızın təhsil almasının önəmi ilə bağlı cəmiyyətdə maarifləndirilmənin aparılmasına dəstək verməklə bərabər, erkən nikahlar kimi zərərli hallara qarşı da səslərini ucaltmalıdırlar. Dini icmalarımız qadınlara qarşı zorakılıq, ailə daxili zorakılığa qarşı mübarizədə ön sıralarda olmalıdır. Bölgələrdən gələn dini icmalar gənclər arasında yayılan narkomaniya, tütün məhsullarından istifadəyə qarşı mübarizə istiqamətində maarifləndirmə işləri aparılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777
avatar

Oxşar yazılar