Qənirə Paşayeva bayramı cəbhədə qeyd etdi
15 oktyabr 2013 18:22 (UTC +04:00)

Qənirə Paşayeva bayramı cəbhədə qeyd etdi

Millət vəkili Qənirə Paşayeva Qurban bayramını ön cəbhədə əsgərlərlə birlikdə qeyd edib. Lent.az-ın məlumatına görə, millət vəkili Qurban bayramı münasibətilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib. Əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili onları təbrik edib. Qurban bayramının hikmətlərindən danışan millət vəkili Qənirə Paşayeva hər bir hərbçiyə dualarına çatmalarını diləyib. Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq”.

Sonda tədbir əməkdar Artisti Elza Seyidcahan və yerli sənətçilərin iştirakı ilə konsert proqramı ilə davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225
avatar

Oxşar yazılar