Qənirə Paşayeva əsgərlər üçün kitab imzalayıb
24 iyul 2014 12:16 (UTC +04:00)

Qənirə Paşayeva əsgərlər üçün kitab imzalayıb

Qazaxda ön cəbhədə yerləşən hərbi hissədə millət vəkili Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən Q.Paşayeva ön cəbhədə, hərbi hissələrdə keçirilən bu cür tədbirlərin, kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısından onun üçün daha böyük məna daşıdığını deyib. “Ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”.

Sonra əsgər və hərbiçilər üçün kitablarını imzalayaraq hədiyyə edən millət vəkili həyatında hər zaman yadda qalacaq günlərdən birini yaşadığını deyib.

Əsgər və hərbçilər adından Q. Paşayevaya təşəkkürünü bildirən hərbi hissənin rəhbərliyi bu tədbiri əsgər və hərbçilərin unutmayacağını deyərək müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını deyib. Millət vəkili rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından hərbi hissəyə xüsusi hədiyyələrini də təqdim edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar