
Qarşıdan gələn qışın işığı
Bügünkü “Manşet”də "Evdə işıqlar yanırmı? Elektrik verilişində probleminiz yoxdur ki? Qarşıdan gələn qışa hazırlıq hansı səviyyədədir?" sualları ətrafında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev aparıcı İlham Tumasın suallarını cavablandırıb.
- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti cənab Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılıb. Bu sərəncamla Naxçıvan Muxtar Respublikasından başqa bütün rayonlarda səlahiyyət “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə verildi. İlk gündən çox gözəl inkişaf və investisiya proqramı hazırlandı, bir ay ərzində bütün rayonlarda vəziyyəti araşdırıldı, analiz edildi və 4 bənddən ibarət inkişaf proqramı hazırlandı.
- Artıq yeddi regionda enerji təchizatı və satışı idarəsi yaradılıb. Bunlar Şimal, Şimal-Qərb, Cənub, Aran, Mərkəzi Aran və Bakı regional şəhər enerji təchizatı və satışı idarələridir . Calışdıq ki, abonentlərimiz yaz-yay fəsillərində elektrik enerjisi ilə necə təchiz olunursa, payız-qış mövsümündə də o qaydada təchiz olunsun. İyul-avqust aylarında elektrik enerjisi ilə təminatda problem yaranmadığı kimi, qış aylarında da belə problem yaşanmayacaq.
Bəzi dağ kəndləri vardı ki, qış olan kimi elektrik enerjisi ilə bağlı problem yaranırdı. Bu problemləri nəzərə alaraq o dağ yollarında maşınlarımızla yeni xətlər çəkdik. Bu işlərin icra olunması, abonentlərin də istifadə etdikləri enerji haqlarını vaxtı vaxtında ödəməsinə gətirib çıxardıb. Biz onlara inandığımız kimi, onlar da bizə inanır.
Bakı şəhərində quraşdırdığımız ən son sayğaclar sms tipli sayğaclardır. Burada məqsəd prosesdə insan faktorunun aradan qaldırılmasıdır. Belə sayğaclarda ödəmə vaxtı, enerji sərfiyyatı və sair məlumatlar mobil telefona ötürülə bilir.
Biz xidmətin keyfiyyətini qaldırmaq üçün texniki şərtləri birbaşa "ASAN" xidmət vasitəsilə həyata keçiririk. Burada əsas məqsəd abonentin problemini tez bir zamanda həll etməkdir.
Oxşar yazılar

Önümüzdəki iki həftədə cekpot qazanacaq BÜRCLƏR: Kim inanılmaz şanslı olacaq
16 avqust 2025 , 19:00
Təqaüdə çıxmaq üçün ən yaxşı 10 ölkə - SIYAHI
16 avqust 2025 , 17:35
Yayda çılpaq yatmaq olmaz - Həkimdən xəbərdarlıq
16 avqust 2025 , 17:17
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
16 avqust 2025 , 13:14
Xəzər dənizində 4 bal gücündə zəlzələ oldu
16 avqust 2025 , 11:47
Əksər rayonlara aramsız leysan yağıb - FAKTİKİ HAVA
16 avqust 2025 , 10:27
Avqustun 16-da heç kimin dayandıra bilməyəcəyi 3 BÜRC: Xoş xəbərlər gələcək və...
16 avqust 2025 , 09:09