Qarlı hava dərsə davamiyyəti aşağı saldı
31 yanvar 2014 11:19 (UTC +04:00)

Qarlı hava dərsə davamiyyəti aşağı saldı

 

Təhsil Nazirliyi paytaxtda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti nəticəsində Bakıda şagirdlərin dərsə davamiyyəti ilə bağlı mövcud vəziyyəti açıqlayıb.


 

APA-nın məlumatına görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, bu gün Bakı şəhəri üzrə şagirdlərin dərsə davamiyyətinin keyfiyyət göstəriciləri Yasamal rayonunda 30%, Sabunçu rayonunda 40%, Suraxanı rayonunda 60%, Nərimanov rayonunda 50%, Nizami rayonunda 40%, Xətai rayonunda 40%, Nəsimi rayonunda 50%-ə yaxındır.

 

Onun sözlərinə görə, davamiyyətlə bağlı ən aşağı göstərici Qaradağ rayonunda qeydə alınıb: “Bu da oranın relyef quruluşu ilə əlaqədardır. Oradakı kəndlər və qəsəbələrdən şagirdlərin dərsə getməsi daha çətin olub”.

 

Təhsil Nazirliyi məktəblərdə davamiyyətin yoxlanması ilə bağlı reydlərin keçirilməsi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bunların hamısı yalan məlumatlardır: “Şagirdlərin belə havada dərsə gedə bilməməsi qar yağandan sonra yaranmış təbii amillərlə bağlıdır. Belə hallarda dərsə gedə bilməyənlər üzrlü hesab olunur. Çünki onlar qarın yaratdığı fəsadlar, yol şəraiti və digər səbəblərdən dərsə gedə bilmirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951
avatar

Oxşar yazılar