Qardabanidə "Gülüstan" jurnalı nəşr olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin (GYMD) Qardabani şəhərində yerləşən ofisində “Gülüstan” jurnalının təqdimat mərasimi keçirilib. Tədbiri GYMD- nin sədri Musa Hacıyev açıb. O, çıxışında dərnəyin fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra bölgədə ailə və qadın dərgisinə ehtiyac olduğunu bildirib və ”Gülüstan" jurnalının nəşr olunmasını günün tələbi hesab edib.
Tədbirdə Şərqi Gürcüstanın müftisi Yasin Əliyev, Türkiyənin Gürcüstandakı səfirliyinin Din İşləri məsələləri üzrə müşaviri Nəbi Gümüş, Salam Vəqfinin sədri İrakli Artmeladze, Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli üzrə nümayəndəsi və Gürcüstan Müsəlmanlar Vəqfinin sədri İnşallah Qasımov, “UĞUR” təşkilatinin sədri Hacı Bəkiroğlu, Qardabani Gənclər Mərkəzinin sədri Elsevər Əhmədov, Gürcüstan Gənclərini Maarifləndirmə Assosasiyasının sədri Bəxtiyar Tanrıverdiyev, “Gülüstan" jurnalının redaktoru Nabat Eminova, redaktor müavini Lamiyə Hacıyeva və başqaları çıxış edərək indiki vaxtda ailə və qadın məsələlərinə həsr olunan jurnalın dərc olunmasını vacib sayıblar.
Tədbirdə Rustavi Mədəniyyət Mərkəzinin nümayəndəsi Mustafa Sədi oğlu, Fatimeyi Zəhra cəmiyyətinin sədri Gülşən Nemətova, məktəb direktorları, ziylılar, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.