Səfər çərçivəsində iştirakçılar həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS), Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) və Milli Aviasiya Akademiyasının fəaliyyəti ilə tanış olublar.
Bakıda DAK-ın aeronaviqasiya komissiyasının iclası keçirildi
Bakıda Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) aerovaniqasiya üzrə koordinasiya komissiyasının 19-cu iclası keçirilib.
“Azərbaycan Hava Yolları”ndan (AZAL) ONA-ya verilən məlumata görə, AZAL-ın dəstəyi ilə keçirilən iclasın əsas mövzusu “Aeronaviqasiyada innovasiya texnologiyaları və uçuşların meteoroloji təminatı” olub.
İclasda AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərxan Quliyev, Dövlətlərarası Şuranın Aviasiya və Hava Məkanından İstifadə üzrə icraçı direktoru Eldar Bağırzadə və DAK-ın sədr müavini Konstantin Kleşev, həmçinin mülki aviasiya haqqında sazişə üzv ölkələrin aeronaviqasiya və meteoroloji xidmətləri, elmi tədqiqat institutları, elm-istehsalat mərkəzləri və təşkilatları, habelə təhsil müəssisələrinin rəhbərləri və ekspertləri iştirak edibrlər.
Tədbirdə qeyd olunub ki, müasir texnologiyaların tətbiqi uçuşların təhlükəsizlik səviyyəsinin artırılması üçün əsas amillərdən biridir.
831