Qarabağ qaziləri Səhiyyə Nazirliyində olublar
06 fevral 2014 14:51 (UTC +04:00)

Qarabağ qaziləri Səhiyyə Nazirliyində olublar

Bu gün “Qarabağ qaziləri”, “Qarabağ əlilləri, Şəhid Ailələri və Veteranları”, “Azərbaycan Vətən Müharibəsi Veteranları” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin rəhbərləri Etimad Əsədov, Mehdi Mehdiyev, Füzuli Rzaquliyev, Firudin Məmmədov və fəal Qarabağ qazisi Rizvan Vəliyev Səhiyyə Nazirliyində olublar. “Qarabağ qaziləri” birliyinin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, onları səhiyyə nazirinin müavini Elsevər Ağayev və nazirliyin idarə rəisləri qəbul edib.

 

Qarabağ qaziləri dövlətin, prezident İlham Əliyevin Qarabağ əlillərinin, şəhid ailələrinin və veteranların vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən söz açaraq, bu qəbildən olan insanların son illər səhiyyə sahəsində yaranmış problemlərini nazirlik rəhbərlərinin diqqətinə çatdırıblar.

 

Görüşdə müharibə adamlarının problemlərinin həlli ətraflı müzakirə edilərək çıxış yolları müəyyənləşdirilib. Nazirlik rəsmiləri problemin həlli üçün əllərindən gələni edəcəklərini deyiblər.

 

Görüşdən sonra Qarabağ qaziləri bildiriblər ki, səhiyyə sahəsində müharibə insanları ilə bağlı irəliləyiş olacağına inanırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793
avatar

Oxşar yazılar