Qanunsuz kömür quyuları aşkar edilib
31 may 2018 09:41 (UTC +04:00)

Qanunsuz kömür quyuları aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata əsasən, Oğuz və İsmayıllı  rayonlarında keçirilən reyd zamanı ağac kömürü hazırlanması məqsədilə həyətyanı torpaq sahələrində quyuların qazıldığı və qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə edildiyi aşkar olunub.

 

Araşdırma zamanı quyuların Oğuz rayon sakinləri Ramin İsmayılov, Etibar Əzizov, İlqar Məhərrəmov, Yolçu Əzizov, Vaqif Rüstəmov, Eldar Rüstəmov, Əbdüləli Rüstəmov, Fərhad Səmədov, Rövşən Qazıyev, Rauf Hacıbabayev, Natiq Qasımov, Mehman Xeyirov, Şahin Xeyirov, Vüsal Əzizov və İsmayıllı rayon sakini Kamil Mürsəliyev tərəfindən yaradıldığı və meşə fonduna 1326.51 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt və protokollar tərtib olunub, qanun pozucuları ümumilikdə 4500 manat məbləğində cərimə edilib.

 

Kömür quyularının ləğv edilməsi üçün torpaq mülkiyyətçilərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar