Bakıda daha bir yolun tamamilə yenidən qurulması layihəsi həyata keçirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, 21,7 kilometr uzunluğa malik olan yolda artıq asfalt örtüyünün vurulmasına başlanılıb. Yolun 4 km məsafəsinə yeni asfalt örtüyü çəkilib.
Məlumata görə, yenidən qurulan yolun 7 km hissəsi 6, qalan hissəsi isə 4 zolaqlı olacaq. Yol boyunca bir neçə qovşaq tikiləcək. ümumilikdə isə yolun torpaq yatağı tamamilə dəyişdirilir.
Qala-Şüvəlan-Pirallahı yolunda işlərin 2014-cü ildə başa çatdırılacağı gözlənilir.