"Azərkosmos"a daha 4 kanal qoşuldu
31 mart 2015 15:09 (UTC +04:00)

"Azərkosmos"a daha 4 kanal qoşuldu

 

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC ilə Azərbaycanın bir neçə region kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb. Lent.az-a verilən məlumata görə, müqaviləyə əsasən, region kanalları –  Qütb TV (Quba), Alternativ TV (Gəncə), Türkəl TV (Tovuz) və Region TV artıq  Azerspace-1 peyki üzərindən yayıma başlayıb. Regionlarımızda fəaliyyət göstərən bu kanallar artıq 11024/V/12700 tezliyi ilə yayımlanmaqdadır. Qeyd edək ki, yeni tezliyin detalları aşağıda qeyd olunmuşdur:

 

 11024 Mhz : S/R-12700: QPSK 5/6: Pol –V

 

 

# 165
avatar

Oxşar yazılar