Qadınlar Günündə hava necə olacaq? <span style="color:red;">PROQNOZ
07 mart 2014 12:29 (UTC +04:00)

Qadınlar Günündə hava necə olacaq? PROQNOZ

Martın 7-8-də Abşeron yarımadasında güclü xəzri əsəcək, temperatur əvvəlki günlə müqayisədə aşağı enəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bu isə meteohəssas insanlarda diskomfort hissi yaratsa da, sonrakı 2 gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası əlverişli olacaq.

 

Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi axşama doğru mülayimləşək. Gecə 2-4 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında sabah yağıntının tədricən kəsiləcəyi gözlənilir. Duman olacaq, şərq külək əsəcək. Aran rayonlarında gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

Dağlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti olacaq, gündüz isə 1-6 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286

Oxşar yazılar