Prokurorluq orqanlarına işə qəbul mtahanının <span style="color:red;">VAXTI AÇIQLANDI
01 avqust 2019 17:14 (UTC +04:00)

Prokurorluq orqanlarına işə qəbul mtahanının VAXTI AÇIQLANDI

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilən müsabiqənin ilkin mərhələsi olan test imtahanı avqustun 9-da keçiriləcək.
 
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olanlar üçün vakant 80 ştat vahidi üzrə elan edilən müsabiqə sənədlərinin qəbulu avqustun 2-də saat 18:00-da başa çatır.
 
Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim edən namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə avqustun 9-usaat 10:00-dan başlayaraq 3 saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26 A) keçirilməsi nəzərdə tutulur.
 
Prokurorluğa işə qəbulla bağlı müsabiqədə iştirak edəcək namizədlər avqust 7-8-i tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdiriləcək.
 
Bildirilir ki, test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 1 iyul 2019-cu il tarixdə kütləvi informasiya vasitələrində dərc edilib, həmçinin Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilib.
 
Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar