
Prokurorların səlahiyyətləri artırılır
Azərbaycanda prokurorluq orqanı əməkdaşlarının bir neçə maddə üzrə səlahiyyətləri artırılır.
APA-nın məlumatına görə, bununla bağlı “Prokurorluq haqqında” qanunun 4-cü (Prokurorun fəaliyyət istiqamətləri) və 21-ci (Prokuror aktlarının növləri) maddələrinə əlavələr edilir, 27-ci maddə dəyişdirilir.
4-cü maddəyə təklif edilən əlavəyə görə, prokuror qanunla nəzərdə tutulmuş qaydada və hallarda eyni zamanda səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından da protest verə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edə biləcək.
Eyni müddəalar 21-ci maddəyə da əlavə edilir.
4-cü və 21-ci maddəyə edilən əlavələrlə əlaqədar 27-ci maddənin adı dəyişdirilərək bu redaksiyada verilir: “Məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest”.
Maddənin mövcud adı belədir: “Məhkəmə qərarlarından protest”.
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Oxşar yazılar

Xankəndidə Zəfər Tağı olacaq-FOTO
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40