Prezident yeni yolun tikintisinə 3 milyon ayırdı
29 may 2014 18:39 (UTC +04:00)

Prezident yeni yolun tikintisinə 3 milyon ayırdı

Prezident İlham Əliyev Neftçala rayonunda avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı sərəncamda deyilir:


1. Otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Oxşar yazılar